HMD Global şirkətinin məhsullar üzrə rəhbəri Yuho Sarvikas özünün Twitter hesabı üzərindən deyib ki, yaxın zamanlarda Nokia brendi altında yeni apparatın təqdimatı olacaq.


Facemark.az xəbər verir ki, söhbər Finlandiya istehsalçısının tarixində əsas yerlərdən birini tutan bəzi klassik knopkalı telefonun istehsalına yenidən başlanması haqqında gedir. Belə ki, adıçəkilən tvitdə Nokia Original ifadəsinə rast gəlmək olar.


Qeyd edək ki, daha əvvəl əfsanəvi 3310, “banan” 8110, açılıb-qapanan 2720 Fold yenidən həyat qazanmışdı.


Yenidən üzərində işlənilə bilən, əfsanəvi modellərdən birini isə 8800-a nümunə çəkirlər. Amma bununla belə namizədlər tamamilə fərqli versiyanı irəli sürə bilərlər.


Postun sonunda isə Çinin Yeni ili adlı həştəq qoyulub. Bu isə onu deməyə əsas verir ki, yeni məhsulun rəsmi elanı 25 Yanvarda verilə bilər.