Azərbaycanın rəqəmsal kontent və sosial media sahəsində ilk dəfə təşkil olunan Bloger və İnfluenserlər Forumu 6 iyun tarixində Bakı Konqres Mərkəzində “Facemark” şirkətinin təşkilatçılığı ilə uğurla baş tutub.


600-dən çox iştirakçını bir araya gətirən forum ölkənin rəqəmsal media, marketinq və kontent ekosisteminin nümayəndələrini eyni platformada toplamaqla sektorda əhəmiyyətli hadisələrdən biri kimi yadda qalıb.


Tədbir “Times Consulting” şirkətinin Gold sponsorluğu, “Teymur Collection”, “Molokan Mood”, “The GYM” və “By Hollywood” şirkətlərinin panel sponsorluğu, “İnsure.az” və “Başkent”in sponsorluğu, həmçinin “Markup Agency”nin dəstəyi ilə həyata keçirilib. Tərəfdaş şirkətlərin dəstəyi forum iştirakçılarına daha geniş şəbəkələşmə imkanları, innovativ yanaşmalar və peşəkar müzakirə platforması təqdim edib.


Forum ümumilikdə 6 panel üzrə təşkil olunub və paralel şəkildə zal 3 və zal 4-də davam edib. Gün ərzində iştirakçılar fərqli istiqamətlər üzrə panel müzakirələrinə qoşularaq müxtəlif sahələrin peşəkarlarının təcrübələrini dinləmək imkanı əldə ediblər.


Forumun ilk paneli “Əyləncə və yumor” mövzusuna həsr olunub. Panel çərçivəsində rəqəmsal məzmun istehsalı, yumorun auditoriya ilə əlaqədə rolu, videoməzmunun inkişafı və sosial mediada fərqlənən kontentin yaradılması mövzularında geniş fikir mübadiləsi aparılıb.


Moderator: Pərviz Hüseynli - Jurnalist, aparıcı və influenser,

Spiker: Azər Aydəmir - Aktyor, ssenarist, prodüser

Spiker: Elcan Rəsulov - Layihə rəhbəri, aparıcı və aktyor

Spiker: Rəfin Cəfərov - Videobloger

Spiker: Ervin Paşa - Dublyaj aktyoru

“İdman və sağlamlıq” panelində sağlam həyat tərzi, rəqəmsal dövrdə sağlamlıq kontentinin rolu, sosial mediada sağlam yaşam trendləri və motivasiya yaradan məzmun strategiyaları müzakirə olunub. Panel iştirakçıları idman, intizam və auditoriya ilə effektiv kommunikasiya istiqamətində öz təcrübələrini bölüşüblər.


Moderator: Vəfa Şeydayeva - Nutrisioloq və qidalanma


davranışı üzrə mütəxəssis, fitnes məşqçisi


Spiker: Fərid Eyyubov - Qidalanma üzrə bələdçi, məşqçi


Spiker: Gulya Əliyeva - Fitnes təlimçisi, qidalanma


mütəxəssisi


“Biznes və şəxsi brendinq” panelində şəxsi brendin biznes uğuruna təsiri, sosial mediada etibarın qurulması, kontent strategiyası və rəqəmsal platformalarda fərqlənmək yolları əsas müzakirə mövzularından olub.


Moderator: Aynur Xəlilova - Geyim dizayneri, podkaster


Spiker: Anar Ağakişiyev - “Beauty Academy”nin təsisçisi


Spiker: Tural Yusifov - Bloger, media sahibkarı, radio aparıcısı, podkaster


Spiker: İlkin Qəhrəmanlı - “Garden Shop”un təsisçisi, “Cafe Botanist”, “Fuzzy” və “Cake Lab” layihələrinin həmtəsisçisi


Spiker: Esmira Qəhrəmanzadə - “Ballı Bisi” şirniyyat evinin təsisçisi


“İnsan və mədəniyyət” panelində müasir dövrdə insan faktorunun, dəyərlərin və mədəniyyətin cəmiyyətə, biznesə və kommunikasiya mühitinə təsiri müzakirə olunub. Panel çərçivəsində dəyişən dünyada insan münasibətləri, yaradıcılıq və sosial davranışların transformasiyası diqqət mərkəzində olub.


Moderator: DJ Fateh - Redaktor, kinossenarist, radioaparıcı, teleaparıcı

Spiker: Aqşin Yenisey - Şair, publisist, yazıçı

Spiker: Müşfiq Ötgün - Bakı Slavyan Universitetinin dosenti, filosof, fəlsəfə üzrə fəlsəfə doktoru

Spiker: Elməddin Cəfərov - Çoxsaylı serialların layihə rəhbəri, aktyor

Spiker: Orxan Fərəcli - Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsi, “Nəfəs” Psixonevroloji Sağlamlıq Mərkəzinin həkimi, psixiatr

Forum çərçivəsində “Həyat tərzi və səyahət” panelinin açılışı əməkdar mədəniyyət işçisi Rahib Azərinin iştirakı ilə baş tutub. Daha sonra səhnəyə səyyah, jurnalist və bloger Azər Qərib dəvət olunub və o, həyat tərzi, səyahət təcrübələri və rəqəmsal kontent istiqamətində iştirakçılarla öz fikirlərini bölüşüb. Panelin moderatoru qismində isə “Facemark” şirkətinin Art Direktoru Veysel Əsgərzadə çıxış edib.


Həyat tərzi və səyahət” paneli çərçivəsində çıxışçılar şəxsi təcrübələri əsasında səyahət kontentinin yaradılması, sosial mediada təqdimat, turizm və rəqəmsal medianın qarşılıqlı əlaqəsi haqqında tək çıxışlar edərək fikirlərini bölüşüblər. Panel əsasında influenser, televiziya və radio aparıcısı Nərmin Knyazlı, biznes strateq, təsisçi Sevda Məmmədova, “She art” aksesuar brendinin sahibi Günel Qurbanova, influenser, Youtuber Toğrul Qurbanov, “Hermano” MMC-nin COO-su Tina Orucova çıxış ediblər.


“Mətbəx və yemək” panelində isə kulinariya dünyasının müasir trendləri, yemək mədəniyyəti, gastronomiyanın rəqəmsal mediada rolu və qida kontentinin inkişaf istiqamətləri müzakirə olunub.


Moderator: Vüsalə Əlizadə - Televiziya aparıcısı


Spiker: Nigar Əsgər - Qida, həyat tərzi və texnologiya üzrə


kontent yaradıcısı


Spiker: İnci Həsənzadə - Qida təhlükəsizliyi üzrə mütəxəssis,


yemək blogeri


Spiker: Kənan Bədəlov - Yemək blogeri


Spiker: Miryusif Mirzəzadə - Yemək blogeri


Forum çərçivəsində bloger, influenser, marketinq mütəxəssisləri, sahibkarlar və kontent yaradıcıları arasında yeni əməkdaşlıq imkanları formalaşıb, rəqəmsal media mühitində baş verən dəyişikliklər və gələcək trendlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Qeyd edək ki, forum iştirakçıları əldə etdikləri biletlərlə eyni gündə və eyni məkanda keçirilən Milli Marketinq Forumunda iştirak etmək imkanı da əldə ediblər. Bununla iştirakçılar həm marketinq dünyasının peşəkar tərəfini, həm də rəqəmsal kontent və influenser ekosistemini vahid platformada təcrübədən keçirmək imkanı qazanıblar.


Bloger və İnfluenserlər Forumu ölkədə rəqəmsal kontent sənayesinin inkişafına töhfə verən, müxtəlif sahələrin nümayəndələrini bir araya gətirən və yeni əməkdaşlıqlar üçün platforma yaradan əhəmiyyətli təşəbbüslərdən biri kimi yadda qalıb.