2020-yə sayılı günlər qalıb və sektora dair marketinq trendləri və proqnozları verilməyə başlanıb.


Facemark.az xəbər verir ki, Forbes nəşri sektorun baş icraçı direktorlarının (CEO) gələcək ilə bağlı düşüncələrini bir araya yığıb.


7 texnoloji şirkətin CEO-sunun 2020-ci ildə marketinq sektoru trendlərini və fərqli sektorlarda həyata keçiriləcək proqnozları verdiyi siyahını aşağıda paylaşırıq.


E-mail dövrü bitir?


Lob-un qurucu şəriki və CEO-su Leore Avidar-a görə, D2C şirkətləri müştəri əlaqələrində birinci kommunikasiya kanalı olan e-maili bir kənara buraxacaqlar.


“2020-ci ildə birbaşa istehlakçı ilə (D2C) kommunikasiyası quran şirkətlərdə e-mail ilə edilən kommunikasiya bütün zamanların ən yüksək nisbəti olaraq görülən 40%-ə qədər azalacağı gözlənilir. Instagram, Facebook və Google kimi platformaların gedərək bahalaşması ilə markalar müştəriləri ilə kommunikasiya qurmaq üçün alternativ variantlar tapmağa çalışacaqlar. Markalar marketinq strategiyalarını təkrar dəyərləndirib, müştəri sədaqətini qorumaq üçün ənənəvi kommunikasiya yanaşmalarını modernizə etməli, orijinal və fərqli üsullar tapmalıdır.
Şəxsiləşdirmənin hökm sürdüyü bugünkü dövrdə D2C markaları müştəriləri ilə direkt kommunikasiya qurmaq üçün təəssüf ki, məhdud seçimlərə malikdirlər.


Qorxmayın AI hələ qapıda deyil!


ThoughtSpot-un AI-ın daha da ön plana çıxacağını, ancaq 2020-ci ilin hələ də AI-ın dünyanı dəyişdirəcəyi il olmadığını deyir.


“Əgər AI üzərindən gedən marketinqin 2019-cu ildə də lazım olduğundan da çox olduğunu düşünürsünüzsə, bu səfər hər bucaqdan AI-ın çıxmasına hazır olun. Xüsusilə startup-lar olmaqla, özəl şirkətlər, risk sərmayələrini əldə etmək üçün təqdim etdikləri əsl xidmət nə olursa-olsun özlərini AI-də ixtisaslaşmış, AI ilə nəfəs alan qurum kimi təqdim edəcəklər. Buna oxşar olaraq ictimai şirkətlərinin var olan xidmətlərini, dijital inkişafa ac səhmdarlarını xoşbəxt etmək üçün yeni bir AI qablaşdırması ilə təkrar satdıqlarını görəcəyik. 2020-ci ildə marketinq və həqiqətlər arasındakı seçimi dəqiq etməyənlər səbəbindən AI üçün çətin bir il olacaq”.


“Pərakəndə trendi: Hiper yerlilik”- “ServiceChannel”ın CEO-su Tom Buiocchi


“Pərakəndə öndə olmaqla, hiper yerlilik bütün xidmətlər üçün əsas trend olacaq. Müştərilər iri pərakəndəçilərin böyük mağazalarından əlavə, onların yerli və butik mağazalarına yönələcəklər. Location get-gedə daha çox vacib hala gəlir. Artıq müştərilərin mağazalara getməyindənsə, mağazalar müştərilərinə gedəcəklər. Sağlamlıq xidmətləri də bu trendi izləyir. Bəzi əsas müalicələrin artıq əczaxanalarda da tətbiq edildiyini görəcəksiniz. Bu mobilləşmə və yerliləşmə pərakəndəçi və istehlakçılara fərqli və effektiv bir təcrübə yaşadacaq”.


Maliyyə hər zaman vacibdir


Qubole-un həmtəsisçisi və CEO-su Aashish Thusoo, maliyyə üsulunun birinci öncəllik halına gələcəyini deyir.


“Cloud, innovasiyanın sürətini artırır, ancaq büdcəni düzgün idarə etmədiklərində, xərcin gedərək nəzarətdən çıxacağının da fərqindədir.


Şəxsi məlumatlarınızı qoruyun


Invoca CEO-su Gregg Johnson müştərilərin qurumlar tərəfindən şəxsi məlumatlarının istifadəsini idarə etmək adına, proqram satıcılarına müraciət edəcəklərini deyir.


“CCPA (California Consumer Privacy Act) və GDPR (General Data Protection Regulation) kimi yeni normativlərin qüvvəyə minməsi ilə bərabər müştərilərimizin informasiya gizliliyinə olan həssaslığı artacaq. İnformasiyanın gizliliyi marketinq strategiyalarının yarımbaşlıqlarından biri olmaqdan çıxıb, planın ən mərkəzində yer alacaq. Proqram satıcıları normativlərin hər gün dəyişdiyi bu bazarda qurumların iş tempini aşağı salmamaq adına böyük bir rol oynayacaq”.


Cihazdan da proqramdan da gözlənti artır.


Pendo-nun həmtəsisçisi, CEO-su Todd Olsonun fikrincə, məhsul istifadə ölçmələri bazar dəyəri yüksək olan bir çox qurum üçün əsas olacaq.


“Şirkətlər üçün uğursuz bir ilin arxasından müştəri müddətlərini avtomotik izləyən, məlumatı asanlıqla hesabata çevirən, məhsul istifadə ölçümləri ilə müştərilərin marka haqqındakı fikirləri izləniləcək proqramlara ehtiyac olunacaq. İnvestorlar və məhsullar üçün bu trendlər nə qədər sürətlə aydın olarsa, bu məhsullara investisiya etmək mümkün olacaq. Ehtiyacları ən sürətli anlayan öndə olacaq”.


İddialı, amma nəzarətedici olun!


2020 iddialı, amma nəzarətedici fəaliyyətlərin ili olacağını deyir Airship-in CEO-su Brett Caine.


“Ən uğurlu şirkətlər məhsulları üzərində il ərzində, minlərlə, hətta on minlərlə dəfə test edir. Netflix bu testlər ilə müştərilərinin kontentləri daha sürətlə izləmək istədiyini öyrəndiyində Amazon ilə əməkdaşlığa 25 milyard dollar dəyərindəki Amazon Web Series-nı başlatdı. Hər bazarda olan, çətin rəqabət şəraitində bir qurumun müştərilərinin dəyəri, ən az məhsulun özü qədərdir. Bu vəziyyət marketoloqların müştəri kommunikasiya kanallarında və dijital məcralardakı təcrübə və test sayını artırmağına səbəb olur. Böyük investisiyanı geridönüşü nə olacağı məlum olmayan işlərə qoymaqdansa, belə testlər edib, investisiya qoymaq daha məqsədəuyğundur”.