TikTok sosial şəbəkəsi özünün platformasının siyasətini yeniləyib. Yeni qaydalara görə, həddi-buluğa çatmayan istifadəçilər valideynlərinin razılığı olmadan strimerlərə pul ötürə bilməyəcək.


Facemark.az xəbər verir ki, Adweek nəşrinin məlumatına görə, şirkət bununla uşaqları və yeniyetmələri qorumağa çalışır. Söhbət influencerlərin üçün qazancın əsas imkanlarından biri haqqında-birbaşa yayımlardan gedir.


Striminq zamanı tamaşaçılar bloggerlərə virtual hədiyyələr-stiker, məsələn, panda təsviri və ya dram karlıçalarını göndərə bilirdilər. Belə stikerlər isə pulludur və qiyməti 5 dollardan 50 dollara qədər dəyişir.


Nəşr TikTok-un bəyanatına, əsasən yazır ki, belə bir dəyişikliyin yaradılmasında məqsəd platformada təhlükəsiz bir şəraitin yaradılmasıdır.


“Azyaşlılar da daxil olmaq bütün istifadəçilər canlı yayımlardan xoşları gəlir, amma bu onları virtual hədiyyə göndərməyə təzyiq yaratmamalıdır”, - deyə açıqlamada qeyd olunur.


Böyük auditoriyaya malik olan rəy liderlərinin çoxu platformanın yeniliyindən narazı qalıblar. Bir çoxları qeyd ediblər ki, onlar platformada doğrudan da maraqlı kontent yaratmağa çalışırlar, ona görə də on minlərlə, yüz minlərlə dollar qazanmağa haqları var.


Bundan başqa, yenilikdən narazı qalan bloggerlər deyiblər ki, onlar platformadan əsas gəlir mənbələrindən birindən məhrum olublar.