“Favorit-Market” məhşur supermarketlər şəbəkəsi paytaxt sakinləri üçün növbəti mağazasını istifadəyə verib. Avqust ayının 3-də yeni supermarketin açılış mərasimi keçirilib. Yeni “Favorit-Market” Yasamal rayonu Əbdürrəhim Bəy Haqverdiyev küçəsi, məhəlllə 574 ünvanında yerləşir və artıq qapılarını sakinlər üçün açıq elan edir.
Sahəsi 2400 kv.m olan “Favorit-Market” supermarketlər şəbəkəsinin artıq sayca dördüncü supermarketidir və alıcılara hər növdə qidaların təklif olunduğu bir neçə bölmələrdən ibarətdir. Eyni zamanda dünyanın hər yerindən gətirilmiş məhsullar, meyvə və tərəvəzlər alıcıların ixtiyarındadır. Alıcıların rahatlığı üçün isə, müştərilərin avtomobilləri üçün xüsusi dayanacaq yaradılıb və ənənəvi xidmətləri təqdim edir.
“Favorit Card” proqramı vasitəsilə artıq onlarla müştərilər dəyərli hədiyyələrini qazanmışdır. Avqust ayından etibarən “Favorit Card” vasitəsi ilə alış-veriş edən müştərilər üçün yeni hədiyyə çeşidləri əlavə edilmişdir. Bunların arasında mobil telefonlar, İphone-4S, İpad-2 və digər dəyərli hədiyyələr mövcuddur.
Yeni açılmış mağaza “Favorit” supermarketlər şəbəkəsinin sayca dördüncü mağazasıdır və gələcəkdə daha bir neçə supermarketlərin açılması planlaşdırılır.
“Favorit-Market” supermarketin ünvanları:
Yasamal rayonu, Məhəmməd Hinduşah Naxçıvani küçəsi 15.
Binəqədi rayonu, Mircəlal küçəsi 59K.
Binəqədi qəsəbəsi, 2-ci mədən, 52-ci korpus
Yasamal rayonu, Əbdürrəhim Bəy Haqverdiyev küçəsi, məhəllə 574