2019-cu ilin üçüncü rübündə ən çox satılan smartfon iPhone XR olub. O bütün satışların 3%-ni təşkil edib.


Facemark.az xəbər verir ki, belə bir məlumatı isə Counterpoint Research şirkəti paylaşıb.


Ekspertlər bütün dünya üzrə mobil qurğuların satışlarını analiz ediblər və ən populyar smartfonlar üzrə reytinq hazırlayıblar.


Beləliklə, 2019-cu ilin üçüncü rübündə ən çox satılan smartfonlar belə olub:


1. iPhone XR


2. Samsung Galaxy A10


3. Samsung Galaxy A50


4. Oppo A9


5. iPhone 11


6. Oppo A5s


7. Samsung Galaxy A20


8. Oppo A5


9. Xiaomi Redmi A7


10. Huawei P30


Xatırladaq ki, daha əvvəl isə Rusiyanın Roskaçestvo dövlət qurumu iPhone, Xiaomi və Samsung-un son modellərini testdən keçirdi və tədqiqatın nəticələrini elan etdi.