Twitter sosial şəbəkəsi öz platformasında animasiyalı fotodan istifadəni məhdudlaşdırıb. Buna səbəb isə epilepsiyadan və foto həssaslığından əziyyət çəkən insanları qorumaq olub.
Facemark.az xəbər verir ki, Twitter-in korporativ hesabı üzərindən bildirilib ki, istifadəçilər APNG formatında foto və animasiyalı PNG-faylı yükləməməlidirlər.
Bildirilir ki, belə bir qərar Epilepsiya Fondunun sosial şəbəkələrdə haker hücumuna məruz qalmasından sonra alınıb.
Hakerlər belə bir addımı epilepsiya məlumatlandırma ayında ediblər və adıçəkilən sosial şəbəkədə Fondun yanıb-sönən loqotipini yerləşdiriblər.
Öz növbəsində isə, sosial şəbəkədən deyiblər ki, platformada çoxlu sayda APNG fayllar yükləmək onların öz səhvidir və tez bir zamanda problem aradan qaldırılıb.
“Biz istəyirik ki, hər kəs özünü platformada təhlükəsiz hiss etsin. İşiğa həssas olan və epilepsiyadan əziyyət çəkən insanları bu qərar ilə qorumağa çalışırıq”, - deyə şirkətdən deyiblər.
Xatırladaq ki, GIF-faylları isə əvvəlki kimi platformada yerləşdirmək mümkündür.