Facebook sosial şəbəkəsi saxlanılan telefon nömrələri əsasında yeni dostların tövsiyələrindən imtina etməyə qərar verib.


Facemark.az xəbər verir ki, Reuters nəşri yazır ki, şirkətin belə bir addım atmasına səbəb öz platformasında məlumatların saxlanılmasını gücləndirmək cəhdi və ABŞ-ın Federal Ticarət Komissiyasının məxfiliyin gücləndirilməsi ilə bağlı tələbi ilə əlaqədardır.


Daha əvvəl, həmçinin məlum olmuşdu ki, mobil nömrə sosial şəbəkənin reklam tənzimləmələrində də istifadə olunur.


Qeyd edək ki, bu həftə ərzində kontakt siyahısından dostların təklifi Ekvador, Efiopiya, Liviya, Kamboca, Pakistan kimi ölkələrdə dayandırılacaq.


Növbəti mərhələdə isə bu qərar Facebook-un istifadə olunduğu hər yerdə qüvvəyə minəcək.