Hər kəsə məlumdur ki, fast-food restoranları şəbəkəsi Burger King fərqli ölkələrdə olan kampaniyalarında yaradıcılığının sərhədlərini aşır.


Facemark.az xəbər verir ki, 2019-cu ilin bitməyinə az qala brend İngiltərədə il ərzində gizlətdiyi kiçik sirrini etiraf etmə qərarı alıb.


Söhbət il ərzində həmişə oralarda bir yerlərdə olan, kiməsə deyilməyən, bütün gözlərdən gizli bir sirrdən gedir.


Burger King, ilin etirafı ilə bu il İngiltərədəki kampaniyalarında yer alan bütün Whopper-ın arxasındakı həqiqəti açıqladı. Fotoların bütün Whopper-ların arxasında əslində bir “Big” Mac gizlənmişdi.


Whopper-ın Big Mac-dən daha böyük olduğu həqiqətini il ərzində gizli-gizli və dəfələrlə sübut etdiyini etiraf edən marka, yayımladığı videoda il ərzində “arxasına duran” McDonald’s-a da təşəkkürünü etməyi unutmadı.


Reklamverən: Burger King İngiltərə


Reklam Agentliyi: BBH Londra