Socialbaker kompaniyası reklamverənlərin Instagram və Facebook-dakı aktivliyini analiz edib. Facebook-un portfelində ən tez böyüyən portfel isə Instagram stories olub. İllik olaraq şirkətlərin bura büdcəsi 10% artım göstərib.


Socialbakers-in Instagram and Facebook Trends Report hesabatında deyilir ki, Instagram-ın məşhurluğu populyarlıq qazanır. Əgər ötən il Facebook-un (Instagram-ı idarə edir) portfelində bu sosial şəbəkənin reklam gəlirlərinin payı 18% idisə, daha sonra isə bu artım illik 21%-ə yüksəlmişdi. Cari ilin yanvar-sentyabr aylarında isə Facebook reklamlardan 17,4 milyard dollar qazanıb.



Strories-in perspektivliyi


Instagram Stories 2019-cu ilin doqquz ayı ərzində Facebook-un reklam meydançaları arasında ən tez böyüyən kanal olub. Reklamçıların bu formata xərcləri ilbəil 10% artım göstərib. Müqayisə üçün deyək ki, Facebook Stories-də bu cəmi 0,3% artım göstərib. (format 2018-ci ilin iyulunda platformada meydana çıxıb)


Stories formatında reklam buraxılışının həcmi (Instagram Exit Rate-storiesin sürüşdürülməsinin baxış sayına olan nisbəti) bütün mal kateqoriyası üzrə, yanvardan sentyabr ayınadək artım 5,9% olub. Instagram Exit Rate üzrə ən böyük göstəricilər isə FMCG seqmentində, içkilər və qida sektorunda qeydə alınıb.



Instagram-ın təsiri


2019-cu ilin üçüncü rübündə Instagram-da bloggerlərin hesablarından reklam elanlarının sayı 60% artım göstərib. Hesabatda qeyd olunur ki, halbuki cari ilin birinci yarısında bloggerlərin hesablarında reklam elanlarının sayında ixtisarlar nəzərə çarpırdı. Şirkətlər güman edirlər ki, bu cür tendensiya qalacaq. Bundan başqa, 2019-cu ilin 4-cü rübündə Yeni il bayramı ilə əlaqədar olaraq bloggerlərə Instagram üzrə investisiya reklamverənlər üçün əsas drayverlərdən biri olmaqda davam edəcək. Hesabatda qeyd olunur ki, ilin sonunda tagged postların miqdarı ötən ilki (12,3 min tagged post) rəqəmi ötə bilər.