Adidas, Beynəlxalq Kosmik Stansiya (ISS) və Kosmosda Elmin İnkişafı Mərkəzi (CASIS) ilə etdiyi əməkdaşlıqla performans və dayanıqlıq mövzusunda bir irəliləməyi hədəfləyir.


Facemark.az xəbər verir ki, bu yaxınlarda yalnız bir xammal istifadə edən və təkrar istifadə edilə bilən ayaqqabı ərsəyə gətirilmişdi.


Adidas Futurecraft Loop və Donald Glover tərəfindən imzalı adidas Originals kolleksiyası ilə diqqət çəkmişdi. Kompaniya bu cür texnologiyadan istifadə etməklə davamlı və dayanıqlı məhsullar üçün istifadə etməyə davam edir.


Şirkət son layihəsi ilə ayaqqabılarını kosmosda sınamaqdır. Beynəlxalq Kosmik Stansiya (ISS) ilə uzunmüddətli tərəfdaşlıq hesabına məhsulları dizayn və tərtibat baxımından inkişaf etdirmək planlaşdırılır. Bundan əlavə, istifadəçilərin performansı və davamlılığı baxımından da irəliləməyi hədəfləyir.


Adidas kosmosda Boost Technology-ni sınayacaq


Beynəlxalq Kosmik Stansiya, ABŞ Milli Laboratoriyası və dünyanın ən qabaqcıl qurğularından biri olan Kosmosda Elmin İnkişafı Mərkəzi-CASIS ilə tərəfdaşlığın ilk mərhələsi məhsul yeniliyinə yönəlmişdir. Brend, Boost texnologiyasını yerin cazibə qüvvəsi müdaxiləsi olmadan sınamaq istəyir. NASA tərəfindən hazırlanan texnologiyaların dəstəyi ilə mövcud məhsulların performansını və rahatlığını artırmaq üçün hansı yeniliklərin edə biləcəyi araşdırılacaq.


Testlər davamlılıq mövzusunda araşdırma aparmaq üçün də imkan yaradır
Şirkətin daha bir məqsədi Boost midsole texnologiyası və ayaqqabılarını yaxınlaşan müddətdə SpaceX yükdaşımalarına cavabdeh olacaq ISS Milli Laboratoriyasına göndərməkdir. Burada testlərin aparılması yeniliklərə geniş imkanlar yaradacaqdır.


Bu ilin əvvəlində astronavtlara bir futbol topu göndərərək yer cazibəsi olmayan mühitdə bəzi sınaqlar reallaşdıran adidas 2020-də başlayacaq testler ilə Boost texnologiyası ilə ayaqqabıların performansını və rahatlığını necə yaxşılaşdıra biləcəyini araşdıracaq.


Adidas Brend Strategiya şirkətinin vitse-prezidenti Ceyms Karnes, CASIS ilə işləməyin şirkətə yeni standartlar gətirəcəyinə kömək edəcəyini vurğuladı və bu ortaqlığın yalnız idman performansını artırmaq üçün deyil, həm də davamlılıq araşdırması üçün bir fürsət olduğunu qeyd etdi.


Beynəlxalq Kosmos Stansiyası ABŞ-ın Beynəlxalq Laboratoriya Proqramı və Tərəfdaşlığı vitse-prezidenti Christine Kretzin sözlərinə görə, kosmik şərait yeni kəşflərin sınanması üçün ideal bir vəziyyətdir. Bəzi dəyişənlərə nəzarət etmək yer üzündə həyata keçirilə bilməyən testlər və məlumat toplamağa imkan verir. Kretz buna bir nümunə mikro cazibə, hava axını və topu yerində saxlayan xarici dayaqlar olmadan dönən bir topun davranışının müşahidə olunduğunu təcrübələr göstərir.


Davamlılığa diqqəti yönəldən Adidas sonrakı mərhələlərdə kosmik stansiyasından istifadə edərkən birinin fəaliyyət performansı və davamlılığı ilə bağlı araşdırma aparmağı planlaşdırır. Astronavtlar ağır şərtlərə tab gətirə bilmək üçün etdikləri fiziki hazırlıq sxemindən gələn məlumatları idmançılara üçün istifadə ediləbilən hala düzəltməyə çalışacaqlar.


Kosmosun sərt şərtlərində olacaq testlər materialların istifadəsini və dəyərini optimallaşdırmağa imkan verəcək. Bununla da davamlı formalaşmanın və məhsulun yenidən yaradılması metodlarının inkişafına yol açacaqdır.