Məlum oldu ki, Instagram-a Adam Mosseri rəhbərlik edəcək. Instagram-ın məhsul qrupu üzrə keçmiş vitse-prezidenti bu vəzifəyə namizəd göstərilmişdi. Ona görə də bu xəbəri gözlənilməz adlandırmaq olmaz.


Facemark.az xəbər verir ki, Recode nəşri Adam Mosseri-nin kim olduğunu, onun keçmiş layihələrini araşdırıb və nə üçün onun Instagram rəhbərliyinə gətirilməsindən danışıb. Mosseri Nyu York Universitetində informasiya dizaynını öyrənib. O, Facebook-a qoşulmazdan əvvəl dizayn üzrə konsultant kimi çalışıb. Mosseri Zukerberqin şirkətində 2008-ci ildən bəri çalışır. O, şirkətdə dizayner kimi fəaliyyətə başlayıb, amma rəhbər vəzifələrə qədər yüksələ bilir. Mosseri 10 ildə Facebook-da sosial şəbəkə üçün vacib olan istiqamətlər üzrə çalışmağa müvəffəq olub. Həmçinin o Facebook-un xəbər lenti üçün də məsul idi. Onun karyerası ərzində uğursuzluq da olub. Belə ki, o Andorid üçün proqram sistemi– Facebook Home üzərində çalışıb. O, şirkət tarixində ən uğursuz layihələrdən hesab olunur.


Mosseri Zukerberqin yaxın dairəsinə daxil olmağı bacarır


Mosseri Zukerberq və şirkətin CPO-su Kris Koks ilə yaxın idi. O, uzun illər Koks-a tabe olaraq işləyib. Hətta o Instagramda məhsullar üzrə vitse-prezident təyinatı alması, Koks-un şirkətin bütün əlavələrinə görə məsul olması ilə eyni vaxta düşür. Yəni, iki top-menecer uzun illər birlikdə çalışıblar. Zukerberqin Instagram-ı Facebook-un dəyərli bölməsinə çevirmək cəhdini nəzərə alaraq bu təyinatlar təsadüfi deyil. Facebook Instagram-dan gənc auditoriya arasında təsirini artırmaq üçün istifadə edir, ona görə də o Instagram-ı təkcə etibar etdiyi birinə əmanət edə bilərdi.


Mosseri-də Kriqer və Sistrom kimi azad hərəkətləri və nüfuzu yoxdu, amma o sübut etdi o, güclü mütəxəssisdir. Belə ki, Facebook-un Xəbər Lenti şirkətə daha çox reklam gəliri gətirib. Çox güman ki, Mosseri bu komponenti Instagram-da necə inkişaf etdirəcəyini də yaxşı bilir.


Mosseri Facebook-un inkişaf dinamikasını saxlamalıdır


Mosseri ilə işləyən insanlar isə deyir ki, o çox düşüncəli biridir və hər kəsin xoşuna gəlir. Digər Top menecerlərdən fərqli olaraq, Mosseri arxa planda deyil. Mosserinin hazırda yeganə vəzifəsi artımı və Instagram-ın inkişaf dinamikasını saxlamaqdır. Xidmət indi və gələcəkdə Facebook-un ayrılmaz hissəsi hesab olunur. Instagram təkcə 1 milyard istifadəçisi olan platforma deyil, eyni zamanda şirkətə pul qazandıran üçüncü tərəf əlavələrdən biridir.


Amma bununla belə əsas qorxu odur ki, Mosseri, Zukerberq ya da onların birgə fəaliyyəti Instagram-ı korlayacaq ya yox. Platformanın fəaliyyətinin isə onların rəhbərliyi altında uğurlu ola biləcəyini isə heç kim əvvəlcədən təxmin edə bilməz. İstifadəçilər isə sadəcə ümid edə bilərlər ki, o Instagram-da onların sevdikləri funksiyaları saxlayacaq və yenilərinin inkişafı üçün çalışacaq.


Qeyd edək ki, “Instagram” şəkil və videoların mübadilə olunduğu platformadır. Öncə çəkilişlər ani kamera şəkilləri kimi kvadrat formasında olmalı idi, daha sonra isə bu məhdudiyyət aradan qaldırılmışdır.


Hazırda isə xidmət “iPhone” və Android Əməliyyat Sistemini dəstəkləyən smartfonlarda əlçatandır. Sosial şəbəkə çəkilişlərə baxmaq üçün veb-versiyaya malikdir, amma kompüter üzərindən isə platformada post paylaşmaq mümkün deyil. 2012-ci ildə isə “Instagram”ı “Facebook” satın alır.


Bildirək ki, hələ 2018-ci ildə isə platformadan qeydiyyatdan keçən istifadəçilərin sayı bir milyarddan çox idi.