YouTube-da 102 milyon abunəçisi olan PewDiePie uzun zamandır platformanın ən çox abunəçiyə sahib olan kanalı idi. Ancaq ilin əvvəlində Hind prodakşn şirkəti T-Series müdhiş bir sıçrayış edərək İsveçli YouTuber-in taxtını əlindən almışdı.


Əsil adı Felix Kjellberg olan PewDiePie video oyunları ilə əlaqədar kontentləri ilə tanınmağa başlamışdı. Amma keçmişdə isə irqçilik və antisemitizm ittihamları ilə qarşı-qarşıya qalmış və gündəmi bir xeyli məşğul etmişdi.


Həm YouTube, həm də şəxsi həyatında qarşılaşdığı problemlər ilə əlaqədar mental olaraq yorğun düşən İsveçli YouTuber, növbəti ildən video paylaşım platformasına ara verəcəyini açıqlayıb.



PewDiePie-in YouTube-a fasilə vermə səbəbi: Yorulmaqdır


Qərarını bir videoda paylaşan PewDiePie , “Gələcək il YouTube-a fasilə verirəm. Bunu öncədən demək istədim, çünki qərarımı qəti olaraq verdim. Yorğunam. Özümü çox yorğun hiss edirəm. İzah edə bilirəm, yoxsa yox bilmirəm. Gələn ilin əvvəllində bir az uzaqda olacağam”, - deyib.


Məşhur YouTuber 2017-ci ildə bir oyun axışı əsnasında başqa bir oyunçuya “lənət zənci” ifadələrindən istifadə etmişdi. Hadisədən sonra üzr istəyən PewDiePie, adıçəkilən cümləni pis mənada demədiyini müdafiə etsə də, izləyicilərini inandırmağı bacarmadı. Eyni il Disney, bəzi videolarında antisemitik ifadələr və fotolar tapdıqdan sonra PewDiePie ilə olan əməkdaşlığını dayandırmışdı.


Son olaraq, Yeni Zelandiyada iki məscidə terror hücumu təşkil edən və 51 nəfəri qətl edən Brenton Tarrant, Facebook-dan canlı yayımladığı hücumu izləyən şəxslərə “PewDiePie”ya abunə olmalarını demişdi.


YouTube-a fasilə verəcəyini açıqladığı video: