Instagram yeni funksiya buraxıb – Qrup hekayələri (Group Stories). Onun köməyi ilə istifadəçilər dostlar ilə birgə stories yarada və onları müəyyən qruplar üçün paylaşa bilərlər.


Facemark.az xəbər verir ki, yeni funksiya artıq Instagram istifadəçilərinin hesablarında görünməyə başlayıb.


Qrup storiesləri qrup çatlarını tamamlayır və daha bir üstünlüyü isə qrup üzvləri arasında qarşılıqlı təsiri artırır.


Qeyd edək ki, ilk dəfə qrup storieslərinin funksiyası oktyabrda görünməyə başlamışdı. Belə bir funksiyanı aşkar edən isə proqramlar üzrə mütəxəssis Ceyn Mançun Vonq olmuşdu.