Amerika nəşri Forbes 2019-cu il üzrə ən gözəçarpan, yeni milyarderlərin TOP 10-luğunu tərtib edib. Wildberries onlayn -riteylerin rəhbəri Tatyana Bakalçuk da bu siyahıya daxil olmağı bacarıb. Bildirilir ki, o Rusiyada Inteco Management şirkətinin rəhbəri Yelena Baturinadan sonra ikinci milyarder qadındır.


Facemark.az xəbər verir ki, bu siyahıya Bakalçukdan başqa, Kylie Cosmetics şirkətinin rəhbəri Kayli Cenner, faydalı batonların istehsalçısı Kind-in rəhbəri Daniel Lyubeçki, çay göbələyinin istehsalçısı GT Dave şirkətinin rəhbəri Corc Tomas Deyv, qəlyanaltı şirkəti Jimmy John’s-un rəhbəri Cimmi Con Lioto ye alıb.



Bildirək ki, Bakalçuk keçmiş ingilis dili müəlliməsidir. O, 2004-cü ildə özünün şəxsi saytını yaradır və müştərilərinə bu sayt üzərindən Almaniyadan gətirilən malları satıb. Bu sayt yeni doğulan körpələr üçün geyimlər satırdı. O başa düşürdü ki, gənc analar üçün belə geyimləri əldə etmək nə qədər çətindir.


İndi Wildberries ilə 15 000 marka işləyir. Hər gün Rusiya, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstandan gündəlik 2 milyon istifadəçi cəlbinə nail olur.


Daha əvvəl Wildberries ilk internet mağaza idi ki, QR-кod vasitəsilə ödəniş etməyə imkan verirdi. Mağazanın texniki tərəfi isə “Russian Standart Bank” tərəfindən təchiz edilmişdi.