Deloitte şirkəti “2020-ci ildə yüksək texnologiyaların, telekommunikasiya, əyləncə və KİV-in inkişafına dair” 19-cu beynəlxalq proqnozunu açıqlayıb.


Facemark.az xəbər verir ki, araşdırmaya görə,


- 2020-ci ildə qlobal videoreklam bazarının həcmi 32 milyard dollara çatacaq. Seqmentin lideri isə Hindistan və Çin olacaq. Bu ölkələrdə videoya reklamın yerləşməsinə görə 15,5 milyard gəlir gələcək. ABŞ-da isə əksinə kontenti pullu abunəçi modelinə görə, reklamsız əldə edəcəklər.


- Proqnozun tərtibçiləri qeyd edirlər ki, baxışın azalmasına baxmayaraq qlobal TV sənayesi anten televiziyaya görə artım göstərəcək. 2020-ci ildə onun auditoriyasının həcmi 1,6 milyard nəfər olacaq və ya 450 milyon evə çatacaq.


- Podkast seqmentinin həcmi isə ilk dəfə 1 milyardı keçəcək. Belə ki, bu 30% artaraq 1,1 milyard-a çatacaq. Audio kitab bazarının həcmi isə 25% artacaq və 5 milyard dollara çatacaq.


Həmçinin araşdırmada qeyd edilir ki, növbəti ildə 5G texnologiyaları özəl şirkətlər arasında daha populyar olacaq. 2020-ci ildə 5G şəbəkəsinə dünya üzrə 100-ən çox şirkət qoşulacaq.