Sosial şəbəkə Instagramda qeydiyyat vaxtı istifadəçilərdən yaşını göstərməsini tələb edəcək.
Facemark.az-ın məlumatına görə, bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib.
Bundan sonra isə sosial şəbəkədə yalnız 13 yaşdan böyük şəxslər hesab yarada biləcəklər. Moderator isə bu yaşdan daha kiçik olan uşaqların səhifələrini platformadan uzaqlaşdıracaq.
Belə ölçü uşaqların təhlükəsizliyinin təmin olunması üçün vacibdir. Instagram özündə yalnız yetkin şəxslərə məxsus olan kontenti saxlaya bilər.
Belə bir ölçü sosial şəbəkənin siyasətini də qanuna uyğun hala gətirəcəkdir. Məsələn, ABŞ-da olan qanunvericiliyə görə, onlayn xidmətlər 13 yaşdan kiçik olan uşaqların məlumatlarını yalnız onların valideynlərinin icazəsi olduğu təqdirdə yığa bilər.
Analoji tələb bir çox sosial platformalarda mövcuddur. (Facebook, Twitter, Snapchat vəTikTok).