Facebook kompaniyası Instagram-da laykların gizlədilməsini bullinq ilə mübarizə üçün deyil, istifadəçilərin fəallığını artırmaq üçün edib.
Facemark.az xəbər verir ki, bu haqda korporasiyanın keçmiş əməkdaşları CNBC-yə danışıb.
Laykların gizlədilməsi ilə bağlı eksperiment 2019-cu ilin aprelindən başlayıb. Testlər Kanadada başlamışdı, daha sonra yeddi ölkəni əhatə etmişdi, noyabrda isə yeni funksiya bütün dünya üzrə əlçatan olub. Instagram-ın rəhbəri Adam Mosseri isə deyib ki, yenilənmə internetdə bullinq ilə mübarizədə kömək olacaq. Həmçinin şirkətdən izah edirlər ki, laykların yoxluğu rəqabət hissini də aşağı salacaq.
Ancaq CNBC-in mənbəsi deyir ki, Instagram rəhbərliyi belə bir addımı, platformada istifadəçi aktivliyini artırmaq üçün edib.
Belə ki, laykların gizlədilməsi bu insanların platformada daha çox kontent paylaşmasına səbəb olacaq. Belə ki, onlar postlarına laykların az gəlməsinə görə qorxmayacaqlar. CNBC nəşri yazır ki, istifadəçilərin sosial platformada daha çox vaxt keçirməsi isə o deməkdir ki, kompaniya onlara daha çox reklam nümayiş etdirəcək. Nəticədə belə qənaətə gəlmək olar ki, Instagram laykların gizlədilməsini reklam gəlirlərini artırmaq üçün edib.