WhatsApp mesenceri istifadəçilərə xatırlatmanı qurmaq imkanı təqdim edib.


Facemark.az xəbər verir ki, bu haqda platformanın rəsmi saytında məlumat verilib.


İstənilən istifadəçi bir neçə həftə ərzində yeni xidməti pulsuz yoxlaya bilər, amma daha sonra isə onun aylıq qiyməti 190 rubl (3 dollar-red.) olacaq.


Messencerdə xatırlatma isə Any.do botunun köməyi ilə yaradılır. Bunun üçün hadisənin və ya hərəkətin xatırlatmasının zamanını göstərən bir mesaj göndərmək lazımdır.


Xatırlatmaq yerinə düşər ki, noyabrın sonunda KİV yazırdı ki, messencerdə göndərilən mesajların avtomotik silinməsi xidməti işə düşəcək. Onun Android ƏS-də dəstəklənəcəyi deyilirdi. Ancaq bu yeni xidmətin bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı ilə bağlı isə məlumat verilməmişdi.