Avropa ölkələrinin Maliyyə nazirləri Brüsseldə belə bir qərara gəliblər ki, Birliyin ərazisində Facebook Libra-nın dövriyyəsi qadağa olunmalıdır.


Facemark.az xəbər verir ki, RBK nəşrinin məlumatına görə, toplantıda Avropa ölkələrinin nümayəndələri belə bir qənaətə gəliblər ki, adıçəkilən kriptovalyutanın ölkə ərazisində azad dövriyyəsinin ehtimal edilən zərərini qiymətləndirmək çox çətindir.


Həmçinin məmurlar xüsusi qanunların hazırlanmasının vacibliyini vurğulayıblar. Belə qanun isə Avropa ölkələrində elektron pulların dövriyyəsini nizamlayacaq.


Bundan başqa, Brüssel xüsusi belə kriptovalyutanın hazırlanması ilə məşğul olacaq. Bu isə başqa belə ödəmə vasitələrinə qanuniləşdirilmiş alternativ olacaq. Belə ödəmə Avropaya adi hesablamaların çox mürəkkəb olduğu hadisələdə lazım olacaq.


Xatırlatmaq yerinə düşər ki, Facebook Libra-nın hazırlanmasında Facebook və başqa 20 şirkət iştirak edib. Facebook Libra 2020-ci ilin iyununda buraxılması nəzərdə tutulub.


Bu kriptovalyutanın perspektivi isə oktyabrda Mastercard və Visa-nın layihədən çıxarılması ilə azaldı. Amma digər işirakçılar isə layihəni qətiyyətlə davam edəcəklərini bildirdilər.


Daha əvvəl isə Facebook-dan demişdilər ki, onlar elektron ödənişlərin işə salınması haqqında bildirdilər. Belə ki, Facebook Pay vasitəsilə Facebook, Messenger, Instagram və WhatsApp-da hesablaşmaq olar.