Google-un təsisçiləri Larry Page və Sergey Brin dekabrın 4-də Google və Google-un ana şirkəti olan Alphabet-dəki vəzifələrindən ayrıldıqlarını deyib.


Facemark.az xəbər verir ki, amma Page və Brin şirkətin İdarə Heyətində qalmağa davam edəcəklər.


Bununla bərabər, bütün səlahiyyətlərini şirkətin digər CEO-su Sundar Picha-ya ötürüblər.


Brin ve Page qərar ilə bağlı açıqlamada, “İdarəetmə strukturumuzu sadələşdirməyin təbii vaxtı gəlmişdi. İkimiz də şirkəti bizdən daha yaxşı idarə edəcək insanları gördükdə, idarəçiliyi buraxmaq istəməyən insanlardan deyilik. Alphabet və Google-un iki CEO-ya ehtiyacı yoxdur”, - sözlərini deyiblər.



Larry Page və Sergey Brin 1998-ci ildə Stanford Universitetini doktorantları olub. Google ABŞ-ın Kaliforniya ştatında hər iki tələbə tərəfindən qarajda qurulub. 2015-ci ildə Google, yeni yaradılan Alphabet şirkətinin tərkibinə daxil olub.


Bu dəyişiklikdən sonra, Sergey Brin Alphabet-in rəhbəri, Larry Page isə Alphabet-in CEO-su olmuşdu. Eyni il isə Sundar Picha Google-un CEO-su olaraq vəzifəyə keçmişdi.