Dünyanın aparıcı elektronika və məişət texnikaları istehsalçısı, Cənubi Koreyanın LG Electronics şirkəti özünün baş icraçı direktorunu (CEO) dəyişib, eyni zamanda TOP menecmentdə də bəzi dəyişikliklər edib.


Facemark.az xəbər verir ki, şirkətin açıqlamasına görə, dekabrın 1-dən baş icraçı direktor (CEO) vəzifəsini Brayn Kvon (Brian Kwon) icra edəcək. Bildirilib ki, hazırda onun şirkətdəki vəzifəsi LG (Mobile Communications) mobil biznesin və Home Entertainment-in rəhbəridir.


Şirkətin strateji direktoru (CSO) Vilyam Ço (William Cho), maliyyə direktoru (CFO) isə Pye Du-en (Bae Doo-yong) olub.


Home Entertainment-in isə yeni prezidenti Pak Hen-sey (Park Hyoung-sei), Mobile Communications-in rəhbəri isə Morris Li (Morris Lee) olacaq.


Şirkətin açıqlamasında deyilib ki, yeni idarəetmə tərkibi LG-in bütün fəaliyyət növləri üzrə rəqəmsal transformasiyasını sürətləndirəcəklər.


Qeyd edək ki, LG Electronics — məişət elektronikalarının, mobil telefonların istehsalçısıdır. Son illərdə isə uzun müddət bazarda liderlərin üçlüyünə daxil olmağı bacarmışdı. Şirkət 1958-ci ildə yaradılıb, baş ofisi isə Seul şəhərində yerləşir.