Facebook marketoloqlar və reklamçılar üçün 2020-ci il oyun bazarının əsas tendensiyalarını göstərib.


Facemark.az xəbər verir ki, müvafiq hesabat şirkətin saytında yerləşdirilib. Hesabatda bildirilir ki, istifadəçilər oyunlar zamanı qarşılarına çıxan reklamlara qarşı daha pozitiv münasibət göstərirlər.


Sorğu keçirilən dörd mobil oyunçudan üçü başa düşür ki, onlar reklama görə, oyunu pulsuz oynaya bilirlər. Elə buna görə də mobil oyunlarda gördükləri reklam onlarda mənfi təəssürat oyatmır. Amma qeymerlər istəyirlər ki, reklamlar müxtəlif olsunlar. Məsələn, sorğu keçirilən qeymerlərin 73%-i düşünür ki, onlar eyni elanı daim görürlər.



Oyunçular düşünür ki, baxış üçün pulsuz bonus əldə edəcəkləri reklama qarşı da müsbət fikirdədirlər. Elanların ən populyar formatı isə videolar ilə bonuslardır (hibrid monetizasiya modelindən istifadə etməklə). Facebook-un məlumatına görə, istehsalçıların 79%-i məhz bu formatdan istifadə edir.


Həmçinin sorğu iştirakçıları arasında pullu abunə yolu ilə (Apple Arcade və Google Play-in köməyi ilə) oyunlarda reklam görmək istəmədiklərini deyənlər də olub.



Facebook-un məlumatına görə, 57% reklamverən düşünür ki, belə elanlar oyun həvəskarlarını oyundan ayırmadan qorumağa kömək edir. İstehsalçıların 65%-i isə o fikirdədir ki, reklam tətbiqdə əlavə alış etmək üçün əla imkandır.