Qadın bədənini korrektə edən alt paltarlar istehsalçısı Shapermint “Özünüzü şah əsər kimi hiss edin” adlı kampaniya ərsəyə gətirib.


Facemark.az xəbər verir ki, The Drum nəşrinin məlumatına görə, markanın istehsalçıları göstərmək istəyirdilər ki, istənilən qadının bədəni mükəmməldir.


Reklam çarxının baş qəhrəmanı isə adi qadındır, artıq çəkilidir və ideal olmayan fiquraya sahibdir. Qəhrəmanı Venera Milosskaya heykəli kimi geyindiriblər, deyirlər ki, onun özü də sənət əsəridir.


Bu, ilahə isə muzeyə ziyarət edən digər qadınları da gözəlliklə bağlı tabuları dağıtmağa və öz bədənlərini şah əsər kimi görməyə dəvət edir. O, xatırladır ki, qədim yunan heykəllərini yaradanlar, qadınlara forma verənlər kişilər idi. Bu isə o deməkdir ki, reallıqdan uzaq olan belə obrazı standart kimi qəbul etmək olmaz.


Kampaniyada Deniz Bido (plus size model), Karmen Karrera (transseksual), Andrea Tomas (Vitiliqo dəri xəstəliyi olan qadın) və başqaları iştirak edib.


Xatırlatmaq yerinə düşər ki, kampaniyanı Harmon Brothers agentliyi hazırlayıb.