Rusiyalıların yarıdan çoxu, təxminən 57%-i “Qara Cümə” günü olan endirimlərin həqiqiliyinə inanmırlar.
Facemark.az xəbər verir ki, bu haqda Kommersant nəşri “Bitriks24” xidmətinin araşdırmasına istinadən yazıb.
Endirimlərin həqiqiliyinə skeptik yanaşan sorğu iştirakçıları ilə yanaşı, 70% respondent isə Noyabr-ın 29-u endirimli satışlardan faydalanmağı planlaşdırır. Ötən il isə bu göstərici 67% idi.
“Qara Cümə 2018-ci ildə Rusiyada rekord satışlar ilə yadda qalıb. Malların kateqoriyasından asılı olaraq pərakəndə satış gəlirləri bir öncəki ilin satışına nisbətən 70-100% artım göstərib. Buna görə də, offline-da satışlar 70 milyard rubldan, online -da isə 17 milyard rubldan çox olub.
Qeyd edək ki, sorğu 2019-cu ilin noyabrında Rusiyanın kiçik, orta və iri bizneslərində çalışan 1,01 min əməkdaşı arasında keçirilib.
Wildberries-dən isə qeyd edirlər ki, Rusiyalıların bu günə olan etimadsızlığını satıcıların qiymətlərlə manipulyasiya cəhdləri ilə izah etmək olar. Amma onlar deyir ki, bu hadisə ilə də mübarizə aparırlar.