Tesla şirkətinin yaradıcısı İlon Mask şirkətin yeni elektropikapı-Cybertruck üçün 200 000 ön sifariş aldıqlarını deyib.


Facemark.az xəbər verir ki, avtomobilin dizaynı elmi-fantastik film, 2019-cu ilin noyabrında ekranlaşdırılacaq “Blade Runner” filmindən götürülüb.


Mask daha əvvəlki açıqlamasında demişdi ki, sifarişlərin 42%-i iki motorlu mühərrik üzrə, 41%-i 3 motorlu mühərrik üzrə, 17%-i isə 1 motorlu mühərrik üzrə olub. Onun postuna gələn, ən populyar şərh isə belə idi ki, “Memlər pulsuz reklamın ən yaxşı formalarından biridir”.





Bildirilir ki, avtomoblin qiyməti 300 mil ehtiyatlı modeli 39 990 dollar, 49 990 və 500 mil ehtiyatlı model isə 69 990 dollardan satılacaq.


Xatırladaq ki, Amerika şirkəti Tesla ötən cümə axşamı günü özünün elektropikapı Cybertruck-ı təqdim edib, təqdimat isə firmanın rəsmi saytı üzərindən canlı yayımlanmışdı.


Avtomobilin nümayişi zamanı çəkiclə yeni məhsulu qapı və kuzasına vurulmuşdu. Bununla göstərilmişdi ki, elektropikapın detalları SpaceX-in kosmik raketinin hazırlanmasında istifadə olunan materiallardan hazırlanıb.