Çinin Huawei şirkəti noyabrın 25-də Rusiyada Google xidmətlərini dəstəkləməyən ilk smartfonu Mate 30 Pro-nu təqdim edib. Kommersant nəşrinin məlumatına görə, kompaniya AppGallery əlavələr mağazasının əsasında özünün mobil ekosistemini inkişaf etdirməyə çalışır.


Nəşrə mənbənin dediyinə görə, flaqman smartfon məhdud sayda satılacaq. Buna səbəb isə Rusiyalıları yeni sistemə öyrəşməyə kömək olmaqdır. Elə buna görədir ki, qurğu Android 10 əməliyyat sistemi ilə çalışır. Telefonun qiyməti isə 40-50 000 rubl (1064- 1330 manat-red.) təşkil edəcək, müştərilər isə məhsulu, yalnız öncədən sifariş ilə əldə edə bilərlər.


Amma şirkətdən isə Mate 30 Pro-nun satışlarının startı haqqında heç bir məlumat verməyiblər. Amma kompaniya onların özünün mobil ekosistemlərini inkişaf etdirmələri ilə bağlı yayılan informasiyanı isə təsdiq ediblər.


Huawei Consumer Business Group Rusiyanın direktoru Toni Ran isə deyib ki, sistemdə developerlərin sayı 1 milyon insan idi, hazırda isə ona 50 000 əlavə inteqrasiya olunub. Huawei AppGallery əlavələr mağazasının aktiv istifadəçilərinin sayı 390 milyon təşkil edir, onların 60 milyonu isə Avropadan gəlir. Bura Rusiya da daxildir. O ölkədə isə 2018-ci ilin aprelindən işləyir.


Xatırlatmaq yerinə düşər ki, Çin şirkəti özünün Google xidmətləri olmayan ilk smartfonunu cari ilin sentyabrın sonunda buraxıb. Şirkət Google xidmətlərindən isə ABŞ-ın sanksiyalarına görə məhrum idi.