Buna görə sosial şəbəkə Viewpoints tətbiqini yaradıb. Kompaniya məlumatları üçüncü tərəfə ötürməməyə və onların razılığı olmadan nəşr etməməyə söz verib.
Facemark.az xəbər verir ki, Facebook öz bloqunda deyib ki, onlar pilot rejimdə sorğuların keçirilməsi üzrə Viewpoints əlavəsini işə salıblar.
Cavablar və icra üçün istifadəçilər pul alacaqlar. Ancaq qeyd edək ki, hazırda proqram ABŞ-da işləyir, amma yaxın zamanda isə digər ölkələrdə yarana bilər. Əlavədən qeydiyyatdan keçmək üçün isə 18-dən yuxarı yaşınız olmalıdır. Tapşırıqları yerinə yetirmək və sorğuların keçirilməsi üçün istifadəçilər Viewpoints əlavəsini öz Facebook hesabına bağlamalıdırlar.
Tələb olunan sayda xal əldə etdikdən sonra, proqramdan pul çıxara bilərsiniz. Qeydiyyat vaxtı istifadəçi adını, elektron poçtunu, ölkəsini, doğum tarixini, cinsini və lokasiyasını qeyd edir. Bloqda deyilir ki, yığılmış məlumatlar üçüncü tərəfə ötürülməyəcək.