WhatsApp messenceri yaxın zamanlarda istifadəçilərə göndərilən mesajların avtomotik silinməsinə icazə verəcək.


Facemark.az xəbər verir ki, WABetaInfo yazır ki, belə bir funksiya tətbiqin yeni versiyasında olacaq.


Mövcud yenilənmə çərçivəsində “Yox olan mesajlar” funksiyasını, “Mesajları Sil” ilə dəyişiblər, amma bu yenilik də hələ inkişaf mərhələsindədir.


Yeni funksiyanın köməyi ilə userlər mesajların, silinməsi vaxtını da tənzimləyə biləcəklər. Belə ki, bu 1 saatdan, gündən, həftədən, aydan və ya ildən sonra ola bilər.


Yeni funksiyanı isə messencerin menyusuna, kontakt haqqında məlumatlar və ya qrup çat tənzimləmələrinə gedərək aktivləşdirə bilərsiniz. Qrup çatında isə yazıları silinməsi funksiyasından faydalanmaq üçün isə qrup çatı administirasiyasının icazəsi olmalıdır.


İyulda isə WhatsApp-dan bildirdilər ki, onlar platformanın veb-versiyasından istifadə vaxtı smartfona qoşulmaqdan istifadəçiləri azad edəcək.


Qeyd edək ki, adi qaydada messencerdən kompüterdə istifadə etmək üçün telefon mütəmadi olaraq şəbəkədə olmalıdır.