Twitter istifadəçiləri öz postlarının altında yazılan müəyyən şərhləri gizlədə bilər.


Facemark.az xəbər verir ki, bu haqda şirkətin rəsmi mikrobloqunda deyilib.


İstifadəçi indi öz postlarının altındakı spam və təhqiredici şərhləri gizlədə bilər. Bu funksiyadan faydanmaq üçün isə şərhin sağında açılan menyuya klik etmək və şərhi gizlətmək (Hide reply) lazımdır. Şərhinin gizlədilməsi haqqında isə o bilməyəcək. İstəyə bağlı olaraq isə şərhi yenidən açıq etmək mümkün olacaq.


“Bu cür funksiyanın test rejimi göstərdi ki, insanlar bu funksiyadan diqqəti dağıdan və müzakirə mövzusu olmayan şərhləri gizlətmək üçün istifadə edib. Biz istəyirik ki, hər bir istifadəçi öz postunun altındakı müzakirəyə nəzarət edə bilsin. Buna görə də, istifadəçinin fikrinə görə, onun paylaşdığı postun mövzusuna aid olmayan şərhləri gizlətmək imkanı veririk”.


Qeyd etmək yerinə düşər ki, adıçəkilən funksiya noyabrın 21-dən etibarən əlçatan olub.


Xatırlatmaq yerinə düşər ki, daha əvvəl Instagram bütün dünyada postların altındakı laykları gizlətməyə başladı. Şirkətdən belə bir qərarın səbəbini rəqabətin azalacağı və istifadəçilərin daha loyal postlar paylaşmağa təşviq edəcəyi ilə izah ediblər.