Brendlər cari ilin yanvar-avqust aylarında bloggerlərə YouTube-dakı məzmuna inteqrasiyalara 3 milyard rubl xərcləyib. BloggerBase agentliyinin hesabatında deyilib. Ümumilikdə bu il ərzində isə bu rəqəm 6 milyard rubla çata bilər.


2018-ci ilin 8 ayı ərzində Rusiyalı influencerlər YouTube-dakı kontentlərinə reklamın inteqrasiyasına görə, 3 milyard rubl qazanıblar.


Facemark.az xəbər verir ki, bu haqda RBK nəşri BloggerBase analitik şirkətinin daha da genişləndirilmiş təqdiqatına istinadən yazıb.


Bütünlükdə bu il ərzində isə rəqəmlər iki dəfə, təxminən 6 milyard rubla qədər arta bilər. 2018-ci illə müqayisə etdikdə isə brendlərin influencer-marketinqə xərcləri 2,2 milyard rubl təşkil edib.


Araşdırmada qeyd olunur ki, bu seqment üzrə ən böyük reklamverən şirkət isə mobil oyunların istehsalçısı Plarium Global olub. BloggerBase-in hesablamasına, əsasən yanvardan sentyabradək onlar Vikings və Raid Shadow-da reklama 187,6 milyon rubl xərcləyiblər. Bir il əvvəl isə bu rəqəm nəzərəçarpan dərəcədə az 9,7 milyon rubl olub.


İkinci yerdə isə aviabiletlərin aqreqatoru Aviasales şirkəti qərarlaşıb. O YouTube-da bloggerlərə 55,7 milyon rubl xərc çəkib.


RBK-ya şirkətin mətbuat xidmətindən deyiblər ki, brendlər hər baxış üzrə Cost Per View (1 baxış sayı) görə, bloggerlərə 20 qəpikdən çox pul ödəyiblər.


Qeyd edək ki, BloggerBase-in qiymətləndirməsi ilə, reytinqin digər bir iştirakçısı da razılaşıb. Bu, xarici dillərin öyrənilməsi üzrə olan platforma SkyEng-dir. Şirkətin YouTube-dakı influencerlərin kontentinə reklamın inteqrasiyası 20 milyon rubl olub. Bu rəqəm cari ilin yanvar-avqust aylarını əhatə edir. 2018-ci ildə isə bütünlükdə brend marketinqin bu növünə 8,5 milyon rubl xərcləyib.