Amerika şirkəti Google siyasi reklamların yerləşdirilməsi ilə bağlı qaydalarda dəyişiklik etməyi, hədəfləməni məhdudlaşdırmağı planlaşdırır.


Facemark.az xəbər verir ki, RBK.ru nəşrinin yazdığına görə, bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib.


Şirkətin məlumatında deyilir ki, “siyasi reklamla bağlı son problemlər və müzakirələr, həmçinin demokratik prosesdə qarşılıqlı etimadın vacibliyini nəzərə alaraq seçicilərin siyasi reklamlara inamını artırmaq istəyirik".


Google şirkəti istifadəçinin yaşı, cinsi, yaşadığı yerə görə, siyasi reklamlar üzrə hədəfləməni məhdudlaşdırmağı düşünür. Ancaq belə təşviqat materialları, hər gün iqtisadi və siyasi məqalələri oxuyan şəxslər üçün, yəni müəyyən kontekstdə göstərilə bilər.


Bundan başqa, Google kompaniyasından deyiblər ki, onlar seçkilər və namizədlər ilə bağlı saxta mesajları izləyir.


Şirkətdən qeyd ediblər ki, reklamda insanları yanıldan yanlış informasiyaların nümayişi qadağa olunub.