Facebook sosial şəbəkəsi pulsuz mobil əlavəsi olan, meme -lərin hazırlanması üçün nəzərdə tutulan Whale-i buraxıb.


Facemark.az xəbər verir ki, bu haqda The Verge nəşri yazır.


Xidmət öz şəkillərinin (şəxsi və ya təqdim edilmiş kolleksiya üzərində) üzərinə mətn və effektler verməyə icazə verir. Nəticədə əldə edilən görüntünü Facebook, Instagram, Messenger və WhatsApp da paylaşmaq mümkün olacaq. Hazırda o yalnız Kanada App Store-də aktivdir.


Qeyd edək ki, sosial şəbəkə TikTok-un populyarlığı fonunda yeni alətləri hazırlamaq üzərində daim düşünür. Belə ki, platforma yeni əlavələri işə salmaqla daha gənc auditoriyanı özünə cəlb etməyi planlaşdırır.


Daha əvvəl Facebook video redaktor xidməti Lasso-nu təqdim edib. Burada 15 saniyəlik videolara musiqi fonu əlavə etmək və sosial şəbəkədə dostlar ilə paylaşmaq mümkün idi. Oxşar bir xidmət daha sonra Instagram-da meydana çıxdı.