ABŞ-ın texnologiya şirkəti Facebook, yeni ödəniş sistemi Facebook Payı təqdim edib.


Facemark.az xəbər verir ki, şirkətdən edilən açıqlamaya görə, ödəniş sisteminə Facebook, Messenger, Instagram və WhatsApp üzərindən giriş mümkün olacaq.


İstifadəçilərin Facebook-a məxsus tətbiqlərdən ayrılmadan pul göndərmə və ödəniş kimi əməliyyatları həyata keçirlə biləcəkləri deyilib.


Bundan başqa, bir çox kredit və bank kartlarının da istifadə ediləcəyi vurğulanıb.


Xatırlatmaq yerinə düşər ki, Facebook adıçəkilən ödəniş sistemini bu həftə ABŞ-da Facebook və Messenger üzərindən istifadəyə verəcəyini deyib. Beynəlxalq istifadəçilərin tətbiqə nə zaman daxil ola biləcəkləri və ya digər digər istifadəçilərin yeni sistemdən nə vaxt istifadə edəcəyi ilə bağlı isə məlumat verilməyib.