Nielsen Influencer Brand Effect aləti reklamverənlərə blogger və rəy liderləri ilə əməkdaşlıq ilə bağlı nəticə çıxarmağa kömək olacaq.


Sosial platformalarda istifadəçilərin cəlbi ilə bağlı ənənəvi metriklərdən imtina edilməsi fonunda araşdırma şirkəti Nielsen “Nielsen Influencer Brand Effect” adlı alətini buraxdığını elan edib.


Facemark.az xəbər verir ki, onun köməyi ilə reklamverənlər özlərinin influencer-marketinq-inin effektivliyini qiymətləndirə biləcəklər.


Business Insider Intelligence və Mediakix-ın araşdırmasına görə, 2019-cu ildə brendlər influencerlərə 8 milyard dollar pul xərcləyiblər. 2022-ci ilə qədər isə bu bazarın həcmi 15 milyard dollara çatacaq.


Belə ciddi rəqəmlərə baxmayaraq, reklamverənlərə ROI ölçmək üçün şəffaf, müstəqil, müqayisə edilə bilən metriklər çatmır. Nielsen müştərilərinə özlərinin marketinq aktivliklərini obyektiv qiymətləndirməyə söz verir. Qiymətləndirmə zamanı isə 4 əsas açar istiqamət olacaq: brand awareness, ad recall, favourability, purchase intent.


Xidmət çərçivəsində kontenti ölçmək də mümkün olacaq. Bu isə reklamverənlərə kontentin influencer ilə düz mütənasib olub-olmadığını analiz edəcək.


Qonşu ölkədə Nielsinin bölməsi belə bir yeniliyin Rusiyada olub-olmaması ilə bağlı sorğularına cavab verməkdə çətinlik çəkiblər. Şirkətdən deyiblər ki, bazarda tələbat olduğu halda onun perspektivliyini qiymətləndirəcəklər.