WARC media planlanlaşdırma araşdırması həyata keçirib. Tədqiqata görə uğurlu markalar kampaniyalarını həyata keçirən zaman dijital kanallar və TV reklamlarına üstünlük verir.
Facemark.az xəbər verir ki, WARC 2009-2018-ci illərdə həyata keçirilən 1100 kampaniyanı analiz edib.
Nəticəyə görə, uğurlu kampaniyalar aparan markaların media planlaşdırma büdcələrinin 82-ni dijital kanallar və TV reklamları tutur. WARC-in açıqlamasına görə, reklam büdcəsinin paylanmasında ən vacib rolu elə büdcənin həcmi oynayır. Mükafat qazanan kiçik büdcəli kampaniyalar, əsasən dijital kanallarda paylaşılır.
Mükafat qazanan yüksək büdcəli kampaniyaların 60%-ni televiziya reklamları təşkil edir. Araşdırmada göstərilir ki, media planlaşdırma sektorlara görə dəyişir. Dövlətlər tərəfindən hazırlanan ictimai reklamlar və qeyri-hökumət təşkilatları tərəfindən hazırlanan reklamlar kiçik büdcəli kampaniyalar arasında yer alır. Amma içki istehsalçılarının hazırladıqları reklamlar yüksək büdcəli kampaniyalar arasında yer alır, əsasən də televiziya vasitəsilə yayımlanır.
Hekayə danışan reklam kampaniyalarında (storytelling) əsasən yayım vasitəsi olaraq yenə TV-ə üstünlük verilir. Mükafat qazanan storytelling kampaniyalarının 44%-i televiziyada yayımlanan reklamlardan ibarət olur.
WARC-ın araşdırma və reytinqlər üzrə redaktoru Amy Rodgers deyib ki, reklam kampaniyalarında büdcə planlaşdırma önəmlidir. O, həmçinin əlavə edib ki, bu il reklam xərclərində TV digər kanalları qabaqlayacaq və dijital da kampaniyaların geniş hədəf kütləyə çatmasına kömək olacaq.