Facebook şirkəti, eyni adlı sosial platformanın, Instagram və WhatsApp -ın sahibi loqosunu yeniləyib. Şirkət yeni loqosunu noyabrın 4-ü rəsmi bloqu üzərindən təqdim edib.
Facemark.az xəbər verir ki, Kommersant nəşri yazır ki, şirkətin marketinq üzrə direktoru Antonio Luçio deyib ki, insanlar hansı şirkətin məhsullarından istifadə etdiyini bilməlidir.
O, deyib ki, biz əlavədən fərqlənən yeni loqonu təqdim edirik. Loqo istifadə olunan əlavələrə görə, müxtəlif rənglərdə qarşımıza çıxacaq. Məsələn Facebook sosial platformasında loqo mavi, WhatsApp-da yaşıl, Instagram-da isə bənövşəyi çalarda olacaq.
Şirkətdən edilən açıqlamada deyilib ki, loqonun hazırlanması zamanı sadəliyə üstünlük veriblər.
Bildirək ki, şirkətin yeni loqosu Facebook-a aid ola bütün əlavələrdə görünəcək. Açıqlamaya görə, yeni loqo növbəti həftədən etibarən istifadəyə veriləcək.
Aşağıda Facebook-un rəsmi loqosu yer alır:



