Finlandiya xalqı hava, sudan danışmağı boş hesab edirlər. Onlar çox önəmli olmadıqca danışmağı sevməzlər. Boş danışmaqdansa, səssiz qalmaq onlar üçün normal bir davranış hesab edilir. Buna görə də 5,5 milyon əhalisi olan xalqı səssiz qalma sənətində usta bir millət hesab etmək olar.
Facemark.az xəbər verir ki, Burger King də ölkədəki söhbət mədəniyyətinin bir hissəsi olan bu vəziyyətə ayaq uydurmaq üçün yeni kampaniyaya imza atıb.
Sifariş verən və əldə edən zaman söhbətə lüzum qalmır
Superson tərəfindən hazırlanan kampaniya hamburger sifariş etmək üçün lazım olan kiçik dialoqu da aradan qaldırır.
Burger King, ABŞ mədəniyyətinin bir parçası olan “drive-through” (nəqliyyat vasitəsində xidmət) tamamilə səssiz hala gətirib. Bununla da Finlandiya xalqının könlünün qazanır. Beləliklə, sifariş müddəti daha sadə hala gəlir və müştərilərin gözləmə müdddəti də azalır.



