Odnoklassniki sosial şəbəkəsi məşhurların səsləndirdiyi və səs bələdçilərinin olduğu portal açır.


Facemark.az xəbər verir ki, sosial şəbəkə interaktiv incəsənət layihələri, Rusiya və dünyanın ən böyük muzeylərinin yaratdığı virtual sərgilər və viktorinaların toplandığı “Biz muzeydəyik” incəsənət portalını istifadəyə verir.


İndi hər bir istifadəçi evdən çıxmadan rus və əcnəbi sənətkarların şah əsərləri ilə tanış ola biləcəklər. İlk xarici layihələr arasında məşhurlar tərəfindən səsləndirilən Flamand rəssamlarının şah əsərlərinə səsli bələdçilər var.


İştirakçılar arasında saksofon ifaçısı və cazmen Aleksey Kozlov, televiziya aparıcıları Verniki qardaşları, aktyor Nikita Efremov, Multimedia İncəsənət Muzeyinin direktoru Olqa Sviblova və s. var.


Layihədə beş muzey iştirak edib və onlar 10 Flamand rəssamının şah əsərlərini öz kolleksiyalarından seçiblər.