İyul-sentyabr aylarında “Yandex”in konsolidə edilmiş gəlirləri 45 milyard rubl təşkil edib bu isə 2018-ci ilin analoji dövrü ilə müqayisədə 38% artım deməkdir.


Facemark.az xəbər verir ki, kompaniya özünün maliyyə hesabatında deyib ki, internet-reklamların satışlarından gələn gəlirlər ötən ilin anoloji dövrü ilə müqayisədə 21% artaraq 31,2 milyard rubl təşkil edib. Bu isə şirkətin ümumi gəlirlərinin 69%-i deməkdir.


İnternet-reklamın satışlarından əldə edilən gəlirlər özündə “Yandex”in saytında və “Reklam Şəbəkəsində” “kontekst və media reklamlarının satışını əhatə edir. Birinci seqment 2018-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə 25% artım göstərib və ümumi gəlirlərin 55%-ni əhatə edib.


“Reklam Şəbəkəsi” saytında reklam satışlarından əldə edilən gəlirlər isə cəmi 6%-lik artım göstərib və ümumi gəlir strukturunda 14%-lik yeri tutub. Ötən rübdə reklamdan gəlirlər 19%-lik artım göstərmişdi və 29,1 milyard rubla çatmışdı. Ümumi gəlirlərdə payı isə 70% təşkil edirdi.


Digər IT şirkəti Mail.Ru Group-un reklam gəlirləri isə 21,8%-lik artım göstərib və 8,941 milyard rubla qədər böyüyüb.