YouTube videohostinqi şəbəkədə özünün birinci interaktiv filminin treylerini paylaşıb. Film isə A Heist with Markiplier (Markiplier ilə oğurluq) adlanır.


Facemark.az adindex.ru-ya istinadən xəbər verir ki, film izləyicilərə süjetə təsir etmək imkanı verəcək və o oktyabrın 30-da YouTube platformasında yayımlanacaq.


Onun əsas oğurluğu isə muzeydə baş tutacaq. Filmdə əsas rolu blogger Markiplier (Mark Edvard Fişbax) oynayıb. Filmin treylerində isə mühafizəçilər onu muzey zalında izləyirlər.


Qeyd etmək yerinə düşər ki, şirkətlər getdikcə daha çox belə formata müraciət edirlər. Məsələn, daha əvvəl Netflix Black Mirror: Bandersnatch adlı interaktiv filmini və You vs Wild şounu efirə buraxmışdı.


“VKontakte” isə real vaxt rejimində filmin qəhrəmanları ilə qarşılıqlı əlaqə yaratmağa kömək edən horror filmini yayımlamışdı. İstifadəçilər çat-botlar və videozəng ilə baş qəhrəman ilə ünsiyyət saxlayırdılar.