“Queen”in “Bohemian Rhapsody” mahnısı “YouTube”da 1 milyard baxış sayı əldə edib.


Facemark.az xəbər verir ki, buna görə “YouTube” platforması dünyanın dörd bir yanından pərəstişkarları ilə əfsanəvi musiqi qrupun “Queen”in 3 mahnısına klip hazırlayıb.


Sosial media nəhəngi “You Are The Champions” adını verdiyi layihə üçün “Universal Music Group” və “Hollywood Records” ilə əməkdaşlıq edib. Platforma qrupun “Bohemian Rhapsody”, “Don't Stop Me Now” və “A Kind Of Magic” mahnılarına özəl kliplər hazırlayıb.


120-dən çox ölkədən 10 000-dən çox pərəstişkar layihədə yer alıb və dünyanın ən böyük musiqi işlərindən biri ortaya çıxıb.


Videolar qrupun dünyanın dörd bir yanındakı pərəstişkarları ilə olan bənzərsiz əlaqəsini təsdiq edir. Videolar hər qitədən olan insanların Queen sevgisini ortaya qoyur. Əfsanəvi qrupun baranançısı Roger Taylor, “Bizə qoşulduğunuz üçün çox sevindim. Xoş gəldiniz”, deyərək klip işində əməyi olanları təbrik edib.


Queen qrupunun gitaristi Brian May də açıqlamaında “İşlərimizin dünyanın dörd bir yanındakı insanlara öz performanslarını yaratmalarına ilham verdiyi üçün və vizual sənətin həyəcanverici olduğunu görmək, hər sənətçinin başına gələcək ən dəyərli şeylərdən biridir. Vizyonların çeşidliliyi isə təəccüb doğurur. İştirak edən hər kəsə təşəkkürlər”, - deyib.