Amazon.com.tr-də bank hesabı və ya kredit kartı olmadan alış-veriş mümkün olub. Bununla bağlı olaraq platforma yeni xidmətini təqdim edib.
Facemark.az xəbər verir ki, Amazon.com.tr müştəriləri,Teknosa, Carrefour ve BİM mağazalarından aldıqları kod ilə “Amazon” hesablarına yükləmə edə biləcəklər.
Müştərilər, Türkiyə daxilində, əməkdaşlığın olduğu Teknosa, Carrefour mağazalarından alacaqları 25, 50, 100 TL dəyərindəki kodlarla balans hesablarına nağd transfer həyata keçirəcək. Bununla da müştəriləri bank hesabı və kart məlumatlarını paylaşmadan
Amazon.com.tr üzərindən elektronik məhsullardan tutmuş, uşaq məhsullarına qədər yüzlərlə məhsulu əldə edəcəklər.
Amazon.com.tr hesab balansları www.amazon.com.tr/yukle adresindən dondurula biləcək və balans ilə isə Amazon.com.tr üzərindən alış-veriş ediləcək.