Türkiyənin internet ölçü və araşdırmaları aparan şirkəti “Gemius” ölkədə ilk dəfə “Whatsapp” istifadəçilərinin sayını açıqlayıb.


Facemark.az xəbər verir ki, 2019-cu ilin sentyabr ayının nəticələrinə görə, platforma ən yüksək istifadəçi sayına sahib mobil tətbiqlər siyahısında ilk dəfə yer alıb.


Araşdırmaya görə, ölkədə 43 milyon 464 min-dən çox “Whatsapp” istifadəçisi var. “Whatsapp”ı telefonunda aktiv istifadə edənlərin, ümumi mobil istifadəçi sayına nisbəti 87,1% olduğu deyilib.


Bildirək ki, ölkədə ümumi mobil istifadəçilərin sayı 49,9 milyondur.