“Omnicom Group”un qlobal gəlirləri 2019-cu ilin üçüncü rübündə 2,4% azalma nümayiş etdirib.
Facemark.az xəbər verir ki, şirkətin gəlirləri 3,6 milyard dollara qədər azalıb.
Ekspertlər isə deyirlər ki, azalmanın əsas səbəbi xarici valyuta məzənnəsində tez-tez tərəddüdlərin olması olub. Real faktorlar istisna olmaqla, şirkətin orqanik gəlir artımı 2,2% təşkil edib.
Beş əsas istiqamət üzrə azalma müşahidə olunur. PR (–3,8%) və CRM Execution & Support (–1,5%). Ən dinamik nəticə isə 9,6% artma ilə Healthcare göstərib. Reklam biznesi isə 3,4% artma nümayiş etdirib. Regionlar arasında ən böyük artım isə Latın Amerikasında müşahidə olunub. Bu bazarda artım 6,6% olub. Böyük Britaniyada isə artma +3% olub. Omnicom Group-un gəlirləri ABŞ, bütünlüklə Şimali Amerika üzrə 2,7%, Avropada isə 1,6%, Asiya-Sakit okean regionunda isə artma daha təvazökar olub-0,4%. Yaxın Şərq və Afrikada isə azalma 4,5% olub.
Şirkətin əməliyyat gəlirləri 5,8% azalıb və $473,3 milyon dollara çatıb. Birinci növbədə bu 2018-ci ilin III rübündə olan baza ilə bağlıdır. Belə ki, həmin vaxt holdinq özünün autsors şirkəti Sellbyteli satmışdı. Əgər bu faktoru nəzərə almasaq, o halda əməliyyat gəlirləri dəyişməz qalacaqdı. Holdinqin xalis mənfəəti isə 3%, 290 milyon dollara qədər azalıb.
Cari ilin 9 ayında isə “Omnicom Group”un gəlirləri 3,5%, 10,8 milyard dollara, xalis mənfəəti isə 0,3%, 924,1 milyon dollara qədər azalıb.
Ötən həftə isə fransız kommunikasiya holdinqi “Publicis Group” özünün maliyyə hesabatını elan etmişdi. Onun rüblük gəlirlərində isə ötən illə müqayisədə, 2,7%-lik azalma qeydə alınmışdı. Buna görə də xalis mənfəəti 17% artıb və 2,6 milyard avroya çatmışdı.