Güman edilir ki, “Instagram” sosial şəbəkəsi özünün desktop versiyası üzrə şəxsi mesajlar bölməsinin yaradılması üzərində işləyir.
Facemark.az xəbər verir ki, bu haqda The Next Web nəşri yazıb. Əlavədə mesaj dialoqları sol paneldə göstərilib bu isə “Facebook” messencerinin interfeysini xatırladır.
Nəşr qeyd edir ki, belə bir funksiya xüsusilə onlarla, yüzlərlə sorğuya cavab verməli olan rəy liderləri və biznes-hesab sahibləri üçün faydalı ola bilər. Çünki onlara belə sorğulara cavab vermək üçün rahat klaviatura lazımdır.
Yeni funksiya haqqında rəsmi məlumat verilməyib. Amma aşkar edən isə məşhur xidmətin yenilikləri haqqında dəfələrlə öncədən məlumat verən mühəndis Ceyn Mançun olub.
Sentyabrda isə deyilirdi ki, sosial şəbəkə “Kliplər” funksiyası üzərində işləyir. Bu isə istifadəçilərə müxtəlif fraqmentlərdən video hazırlamağa və çarxa musiqi əlavə etməyə icazə verəcəkdi.
Bu funksiya isə faktiki olaraq TikTok-un imkanlarını kopyalamaq deməkdir.
