“WhatsApp”da təhlükəsizlik ilə bağlı səhv aşkar ediblər. Bu hakerlərə GIF faylların köməyi ilə messenceri qırmağa icazə verirdi. Qırma isə o vaxt olurdu ki, istifadəçi qalereyasına yüklənmiş viruslu faylı açırdı.


Facemark.az xəbər verir ki, bu haqda CNN nəşri yazıb.


Bundan sonra isə istifadəçinin yazışmalarına giriş əldə edilirdi. Zəifliyi aşkar edən isə Awakened nikindən istifadə edən Sinqapurlu tədqiqatçı olub. O, “WhatsApp” messencerindəki boşluq haqqında öz bloqunda məlumat verib.


Qeyd etmək yerinə düşər ki, oktyabrın əvvəlində WABetaInfo portalı yazırdı ki, “WhatsApp” istehsalçıları yox ola bilən mesajlar funksiyasını yoxlayır. Onun köməyi ilə istifadəçilər vaxt seçəcəklər. Bundan sonra isə onların yazışmaları çatdan silinəcək.


Nəşr deyirdi ki, funksiya tətbiqin (2.19.275.) beta versiyası üçün əlçatandır. Hazırki dövrdə isə bu funksiya “WhatsApp”da qrup çatı üçün istifadə olunur.