“Instagram” brendlərin yeni kolleksiyasının buraxılması haqqında bildirişləri göndərəcək.


Facemark.az-ın məlumatına görə, “Vogue Business” nəşri yazır ki, yeni funksiya test rejimində hazırda yalnız ABŞ-da əlçatandır. Bura Adidas və Levi’s-in də daxil olduğu 20 marka daxildir.


“Brendlər tez-tez istifadəçilər ilə təmasda olmaq üçün əks hesablama funksiyasından istifadə edirlər”, - deyə sosial şəbəkənin dəb istiqamətinin rəhbəri Eva Çen deyib. Onun sözlərinə görə, yeni funksiya platformada baş verənlərdən xəbərdar olmaq üçün yollardan biridir.



Xatırlatmaq yerinə düşər ki, sosial şəbəkə martda “Checkout” əlavəsinin beta-testinə investisiya etdi. Bu isə brendlərə “Instagram” üzərindən birbaşa satış etməyə kömək olurdu. Yeni funksiya test proqramında iştirak edən reklamverənlər üçün istifadəsi hazırda əlçatandır.


Yaxın aylarda birbaşa satışlar və bildirişlərin göndərilməsi digər reklamverənlər üçün də əlçatan olacaq. Amma brendlər bu sualın cavabını verməlidirlər. Onlar “Checkout”dan istifadəyə görə, pul ödəməyə hazırdılarmı?



“Instagram”ın nümayəndəsi Enn İye isə deyir ki, ödəniş proqramın məhsullarını investisiya etməyə kömək edir: “Bu funksiyalar isə “Checkout”da mövcuddur. Ödəniş xərcləri də kompensasiya edir”.