“Cannes Liones 2019” mükafatçıları cəsarətli reklam kampaniyaları yaradırlar. Amma aktivlərin sadəcə ¼-i ROI (investisiyaların qaytarılması göstəricinə) sahibdir. Bu isə reklam ilə brendlər arasındakı zəif əlaqəyə görədir və bütün istehlakçılar tanıdılan məhsul kateqoriyalarını xatırlamaqda belə çətinlik çəkirlər.


Facemark.az xəbər verir ki, “Cannes Lions” beynəlxalq festivalında yaradıcı reklam aktivləri üçün mükafat alan markaların sadəcə ¼-i ROI (investiisyaların qaytarılması göstəricinə) sahibdir - Kantarın yeni araşdırmasında deyilib.


Həmçinin bu il qazanan markaların 50%-i beş il öncə mükafat alan markalar ilə müqayisədə daha effektivdir. “Kantar”ın istinad etdiyi başqa bir araşdırmaya görə isə mükafat alan agentliklərin effektivliyi tanınmışlardan heç də fərqlənmir. Hesabatda deyilir ki, buna əsəs səbəb reklam ilə brend arasındakı əlaqənin zəif olmasıdır. Cannes Lions 2019-da qalib gələnlərin yalnız ¼-inin marka ilə əlaqəsi asan olub.


“Kantar”ın qlobal kreativ rəhbəri Darena Pulanın sözlərinə görə, daha çox yaradıcı mükafat sadəcə mükafat qazanmaq üçün hazırlanır. Agentliyin sözcüsü əlavə edib ki, güclü brendinqsiz reklam ən yaxşı halda əyləncəlidir.