Fanta komandası içkinin pərəstişkarlarını yeni maraqlı dadlar ilə daim sevindirir. Fanta xəttində bu dəfə növbəti yenilik qara rəngə malikdir.
Facemark.az-ın məlumatına görə, Advertology.ru nəşri yazır ki, yeni etiketə diqqətlə baxdığınız zaman, onun şirkətin loqosunu arxa planda qoyduğunun şahidi olacaqsınız.
Markanın pərəstişkarlarının qiymətləndirməsinə görə, rənglər, dadlar və yeni tərkib ilə oyun Fanta-nın xarakterini ifadə etmək üsullarından biridir. Şirkətdən isə gözləyirlər ki, belə kobud yenilik ilk növbədə yeniyetmələrdə maraq oyadacaq.
Belə ki, axı onlar qara rəngi, vahiməni, fantastikanı və hər cür sirləri sevirlər. Həmçinin qeyd edirlər ki, “Fanta Dark Mystery” aşağı salınmış kaloriliyi ilə fərqlənir.
Coca-Cola Rusiyada sağlam həyat tərzini dəstəkləməyə davam edir. Məsələn, 2018-ci ildə Fanta, Sprite və Sсhweppes-ə əlavə edilən şəkərin miqdarı 30-80%-ə qədər azaldıldı. Bu gün Rusiyada qazlı içkilərin istehsalçılarının 1/3-i ya məhsulun tərkibində kalorini azaldır, ya da onu sıfıra endirir.
Yeni məhsulun reklam kampaniyası üçün sloqan da hazırlanıb. O isə belə səslənir “Fanta Dark Mystery. İç onu, yoxsa o səni içəcək”. Kampaniya sosial platformalar üzərindən də davam edəcək. Məsələn, TikTok-da #osəniiçəcək həştəqi yaradılıb. Belə ki, istifadəçilər qaranlığa qərq olacaqlar, çıxış yolu isə yalnız Fanta Dark Mystery-ni içmək olacaq.